Apr 06 2021 16:03
Elshad Aliyev
Views: 133

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanında İctimai Şuraya seçkilərin keçirilməsi tarixi və seçkilərdə iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin qeydiyyatı barədə elan verilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında” Qanuna və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai Şuraya seçkilər 2021-ci il aprelin 27-də saat 11:00-da FHN-in inzibati binasının (Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 66) akt zalında keçiriləcək.

Seçkilərdə təmsilçilərinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları aprelin 17-dək həmin şəxslər barədə zəruri məlumatları (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin qeydiyyata alınması üçün müraciəti, şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti) elektron formada jeyhun.salmanov@fhn.gov.az  və mikayil.ismayilov@fhn.gov.az  e-mail ünvanlarına göndərməlidirlər.


Create Account



Log In Your Account