May 12 2020 16:15
Elshad Aliyev
Views: 49

FIFA futzal üzrə dünya çempionatının təxirə salınmasına dair qərar qəbul edib. Mundial nəzərdə tutulduğu kimi, Litvada olacaq. Lakin bu il keçirilməsi planlaşdırılan yarış 2021-ci il sentyabrın 12-dən oktyabrın 3-dək baş tutacaq.

AZƏRTAC ali futbol qurumunun saytına istinadla xəbər verir ki, FIFA qadınlar arasında U-20 dünya çempionatını da 2021-ci ilə təxirə salıb. Kosta-Rikada və Panamada təşkil olunacaq mündial yanvarın 20-dən fevralın 6-dək keçiriləcək.

U-17 qızlar arasında Hindistanda keçirilməsi planlaşdırılan dünya çempionatı isə həmin il fevralın 17-dən martın 7-dək təşkil olunacaq.

Hər iki yarışda yaş məhdudiyyəti dəyişdirilməyəcək.


Create Account



Log In Your Account