May 06 2020 14:10
Elshad Aliyev
Views: 60

FIFA koronavirus pandemiyası ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirməyi planlaşdırır. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu haqda “Marca” nəşri xəbər yayıb.

Mənbənin bildirdiyinə görə, təşkilat cari mövsümün bərpasından sonra klubların hər bir futbolçusunun və əməkdaşının sağlamlığının qorunması üçün maksimum şəraiti təmin etməyə çalışacaq.

FIFA-nın ofisindən bildirilib ki, qurum hər oyunda beş əvəzetməyə icazə verilməsi məsələsinə razılıq verib. Bununla yanaşı, oyun zamanı vaxt itkisinin qarşısını almaq üçün əvəzetmələrin müəyyən vaxtlarda, o cümlədən fasilə zamanı edilməsi ehtimal olunur.

İngiltərə Futbol Assosiasiyası (FA) yeniliklərlə bağlı FIFA-ya müraciət edib. Müraciətdə mövsümün bərpasından sonra futbolçuların qısa müddətdə daha çox oyun keçirməli olacaqları və bununla da zədələnmə ehtimalının artacağı məsələsinin nəzərə alınması xahiş edilib.


Create Account



Log In Your Account