May 08 2021 16:10
Elshad Aliyev
Views: 143

2021-ci ildə Azərbaycanda əmtəəlikqaz hasilatı 32,7 mlrd. kubmetr təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 25,5% çoxdur.

"Fitch Ratings"dən "APA-Ecocomics"ə verilən məlumata görə, agentlik 2022-ci ildə bu göstəricinin bir qədər də artaraq 34 mlrd. kubmetr təşkil edəcəyini gözləyir. Uzunmüddətli proqnozlara görə, 2023-cü ildəölkədə əmtəəlik qaz istehsalıcüzi səngiyərək 33,9 mlrd. kubmetrə enəcək.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan 36,713 mlrd. kubmetr təbii qaz hasil edib vəbu həcmin 26,065 mlrd. kubmetri əmtəəlik qaz olub. 2019-cu ildə hasil olunmuş əmtəəlik qazın həcmi isə 24,526 mlrd. kubmetrə bərabər olub.

 


Create Account



Log In Your Account