Dec 27 2019 13:07
Elshad Aliyev
Views: 117

Filippini cənginə alan “Fanfon” qasırğası səbəbindən həlak olanların sayı 28 nəfərə çatıb.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 12 nəfər itkin düşüb.

Filippində “Ursula” adı ilə tanınan “Fanfon” qasırğası ada dövlətin ərazisinə güclü külək və leysan yağışları gətirib, həmçinin torpaq sürüşmələrinə səbəb olub.

Təbii fəlakət səbəbindən minlərlə insan Milad bayramını təxliyə mərkəzlərində keçirmək məcburiyyətində qalıb. Aeroportlarda onlarla beynəlxalq və daxili aviareys ləğv edilib.


Create Account



Log In Your Account