Apr 15 2020 10:28
Elshad Aliyev
Views: 64

Aprelin 15-də Filippinin şimal hissəsində 5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC gfz-potsdam.de saytına istinadla xəbər verir ki, yerli vaxtla saat 10:01-də baş verən yeraltı təkanların episentri Sakit okeanda, Filippinin Luson adasının şimalında, Laoaq şəhərindən 240 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağının 10 kilometr dərinlikdə olduğu bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.


Create Account



Log In Your Account