Feb 22 2017 16:22
Ulviyye Sabirqizi
Views: 1554

Fələstin baş nazirinin müavini Ziyad Abu Amr martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən CBC-yə verilən məlumata görə, Ziyad Abu Amrin forumda terrorizmlə mübarəzəyə dair çıxışı nəzərdə tutulub. “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” adlı paneldə Ziyad Abu Amr müasir dövrdə terrorizmlə mübarizədə qalib gəlməyin yolları, stratigiyası barədə fikir və təkliflərini bildirəcək.

Terrorizmlə mübarəzəyə həsr olunmuş panel müzakirələrdə Fələstin baş nazirinin müavini ilə yanaşı, İordaniya Senatının Prezidenti Faysal əl-Fayez, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq

Mərkəzinin həmsədri İsmail Serageldin, Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal və digər ictimai-siyasi xadimlərin iştirakı nəzərdə tutulub.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzuuna həsr edilən V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 


Create Account



Log In Your Account