Aug 11 2020 16:40
Elshad Aliyev
Views: 140

Finlandiya COVID-19 infeksiyasına yoluxma səviyyəsinin yüksək olduğu dövlətlərdən gələnlər üçün ölkəyə daxil oma qaydalarını sərtləşdirməyi planlaşdırır.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Finlandiyaya daxil olan şəxslər üçün məcburi karantin rejiminin tətbiq edilməsi təklif olunur.

Bundan başqa, ehtiyac yaranacağı təqdirdə yoluxma səviyyəsinin yüksək olduğu dövlətlərdən gələn bütün sərnişinlər sərhəddə COVID-19 testindən keçiriləcək.

Həmçinin hakimiyyət orqanları Finlandiya aeroportlarına enən təyyarələrin göyərtəsində olan bütün tranzit sərnişinləri barədə informasiya əldə edəcək.

Qeyd edək ki, mart ayında Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, dünyada 20 milyon 281 min 691 yoluxma və 739 min 785 ölüm faktı qeydə alınıb, 13 milyon 205 min 974 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 6 milyon 335 min 932 xəstədən 64 min 702 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Finlandiyada indiyə qədər 7 min 623 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 333 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib. Hazırda ölkədə 310 aktiv koronavirus xəstəsi var.


Create Account



Log In Your Account