May 21 2020 15:48
Elshad Aliyev
Views: 32

Finlandiyada daha üç nəfər koronavirusun qurbanı olub və beləliklə ölkədə bu xəstəlikdən ölənlərin sayı 304 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiya Milli Səhiyyə İnstitutu və Sosial Təminat Nazirliyi məlumat yayıb. Finlandiyada virusun əsas yayılma mənbəyi 250 nəfərin öldüyü Helsinki-Uusimaa paytaxt bölgəsi sayılır. Lakin qurbanların sayı digər bölgələrdə də artmaqda davam edir.

Bununla yanaşı, ölkədə koronavirus infeksiyasına yoluxanların ümumi sayı a 6 min 443 nəfərədək artıb, 5 mindən çox insan isə müalicə olunaraq sağalıb. Hazırda koronavirusa yoluxmuş 118 nəfərin müalicəsi müxtəlif təyinatlı xəstəxanalarda, o cümlədən 20 nəfərin müalicəsi isə intensiv terapiya şöbələrində aparılır.

Yüngül simptomlu bütün xəstələri testdən keçirməyin qeyri-mümkünlüyü və virusun asimptomatik daşıyıcıları barədə məlumatın olmağına görə, ekspertləri hesab edirlər ki, Finlandiyada koronavirus infeksiyasına yoluxanların ehtimal olunan sayı göstərilən rəqəmlərdən daha çoxdur.


Create Account



Log In Your Account