Mar 13 2020 17:29
Elshad Aliyev
Views: 243

Formula 1 mövsümünün başlanması koronovirusa görə pozulub. Avropa yaz mərhələlərinin təxirə salınacağının mümkünlüyünü nəzərə alaraq, komandalarının rəhbərləri ötən gecə Melburnda Ross Braun ilə təqvimdəki dəyişikləri müzakirə ediblər.

AZƏRTAC F1News.ru-ya istinadən xəbər verir ki, epidemiya may ayında səngiməsə, 2020-ci il mövsümü iyunun əvvəlində Bakı mərhələsi ilə start götürə bilər. Bir və ya iki Avropa mərhələsinin isə ənənəvi yay fasiləsinin əvəzinə avqust ayında keçirilməsi mümkündür. Formula 1-in rəhbərliyi mövsüm ərzində 17-18 Qran-Pri keçirməyi nəzərdə tutur.

Lakin vəziyyət çox sürətlə dəyişdiyindən bu qədər uzaq perspektivə ümid bəsləmək hələlik çətindir.


Create Account



Log In Your Account