Jun 22 2017 17:00
Naile Hesenova
Views: 461

“Formula 1” Azərbaycan Qran Prisində iştirak edən “Red Bull Racing” komandasının pilotları Daniel Rikkardo və Maks Verstappen bu gün Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi klassik avtomobillərlə Bakıda yürüş edib.
 
Bu barədə APA-ya Heydər Əliyev Mərkəzindən bildirilib. Məlumata görə,  daha sonra onlar Heydər Əliyev Mərkəzindəki klassik avtomobil sərgisində fanatları, media nümayəndələri ilə görüşüblər.
 
Pilotlar Mərkəzdəki klassik avtomobillərlə və fanatları ilə fotosessiya edib.

 


Create Account



Log In Your Account