Apr 30 2020 18:02
Elshad Aliyev
Views: 125

Belçika hakimiyyəti aprelin ortalarında bütün iri mədəniyyət və idman tədbirlərini avqustun 31-nə qədər dayandırıb və bu da Formula 1 Belçika Qran-Prisinin keçirilməsini sual altına qoyub.

AZƏRTAC xəbər verir ki, Spa yürüşünün promouteri Vanessa Mey daha əvvəl mərhələnin başqa vaxta keçirilməsini və ya ləğv edilməsini mümkün hesab edib, lakin indi planlar dəyişib: Spada yürüşün avqustun 30-da boş tribunalarla keçirilməsi barədə danışıqlar aparılır.

"Biz tamaşaçısız Qran-Pri keçirmək barədə Formula 1 və hökumətlə danışıqları davam etdiririk", - deyə Meys Belçikada çıxan "La Derniere Heure" qəzetinə müsahibəsində bildirib.


Create Account



Log In Your Account