Apr 03 2020 16:30
Elshad Aliyev
Views: 157

Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi Bakı şəhər halqası XXI əsrdə inşa olunan avtodrom və ya qurulan şəhər traslarının reytinq cədvəlində ilk beşlikdə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, "The Race" nəşrinin tərtib etdiyi cədvəldə Bakı şəhər halqası beşinci yerdə qərarlaşıb. Bakı şəhər halqası 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir.

Birinci yerdə ABŞ-dakı "Trassa Amerika" avtodromu yer alıb. "İstanbul-Park" (Türkiyə) ikinci, Hindistandakı Budda avtodromu üçüncü, "Sahir" (Bəhreyn) isə dördüncü yerdədir.


Create Account



Log In Your Account