Mar 06 2020 14:47
Elshad Aliyev
Views: 38

Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirilən tədbirə edilən silahlı hücumda 23 nəfər ölüb, 33 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün Kabilin Musalla bölgəsində həzəraların keçmiş lideri Abdul Əli Məzarinin anım tədbirinə silahlı hücum edilib. Tədbirdə Baş Nazir Abdullah Abdullah da iştirak edib. Onun xəsarət almadığı bildirilir.

 


Create Account



Log In Your Account