May 15 2020 14:16
Elshad Aliyev
Views: 51

Əfqanıstan Xarici İşlər nazirinin xüsusi köməkçisi hücuma məruz qalıb. APA-nın xəbərinə görə, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, XİN başçısı Məhəmməd Hanif Atmarın xüsusi köməkçisi Mutiullah Abdulrahimzayi mayın 14-ü saat 22:30-da paytaxtı Kabilin 8-ci rayonunda yaşadığı binanın yaxınlığında terrorçuların hücumuna məruz qalıb.

Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

XİN başçısının xüsusi köməkçisinin həkimlərin nəzarəti altında olduğu bildirilib.   

Hüquq-mühafizə orqanları hücumla bağlı araşdırma aparır.


Create Account



Log In Your Account