Dec 24 2019 11:14
Elshad Aliyev
Views: 98

Əfqanıstanda hərbi bazaya hücum edilib, ölən və xəsarət alanlar var.

APA-nın “Pajhwok” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Bəlx əyalətində qeydə alınıb.

Belə ki, "Taliban" döyüşçüləri Əfqanıstan ordusunun və ölkənin Milli Təhlükəsizlik İdarəsinin müştərək hərbi bazasına hücum ediblər. Nəticədə 7 hərbçi öldürülüb, 6 nəfər xəsarət alıb.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.


Create Account



Log In Your Account