Dec 17 2019 13:30
Elshad Aliyev
Views: 128

Əfqanıstanın şərqində yerləşən Host əyalətində yola basdırılmış minanın partlaması nəticəsində aralarında uşaqların da olduğu 10 dinc sakin həyatını itirib.

AZƏRTAC 1TV telekanalına istinadla xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, insident dekabrın 17-də səhər saatlarında Əlişir rayonunda qeydə alınıb. Ölənlərin arasında üç uşağın və iki qadının olduğu bildirilir.

Partlayış insanlar dəfn mərasimindən qayıdan zaman baş verib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rahimi hadisənin məsuliyyətini “Taliban” hərəkatının üzərinə qoyub.

Bu gün daha bir partlayış Bəhx əyalətinin Məzari-Şərif şəhərində törədilib. Hadisə nəticəsində azı 23 nəfər, o cümlədən altı polis əməkdaşı yaralanıb.


Create Account



Log In Your Account