Dec 11 2019 12:33
Elshad Aliyev
Views: 115

Bu gün səhər saatlarında Əfqanıstanın Pərvan əyalətində NATO-nun “Baqram” aviabazası rayonunda minalanmış avtomobilin partladılması nəticəsində azı 62 nəfər xəsarət alıb, bir nəfər həlak olub.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, partlayışdan sonra naməlum silahlılar atəş aşmağa başlayıblar. Yerli hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alanlar yerli sakinlərdir.

NATO-nun Əfqanıstanda fəaliyyət göstərən “Qətiyyətli dəstək” missiyasının bəyanatında bildirilir ki, hücumun hədəfi “Baqram” aviabazası yaxınlığında yerləşən ABŞ və alyans qoşunlarının tibb müəssisəsi olub. Əfqanıstan silahlı qüvvələri və müttəfiqləri hücumu itkisiz dəf ediblər.

Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. Missiya əsasən yerli güc strukturlarının təlimi ilə məşğul olur. Hazırda bu ölkədə ABŞ-ın 15,5 min hərbçisi, həmçinin NATO-ya üzv ölkələrin və tərəfdaşların 7,5 minlik hərbi kontingenti dislokasiya edilib.


Create Account



Log In Your Account