May 12 2020 16:09
Elshad Aliyev
Views: 48

Əfqanıstanın Nanqarhar əyalətinin mahallarından birinin polis rəisinin dəfnində törədilən partlayış nəticəsində həlak olanların sayı azı 24 nəfərə, yaralananların sayı isə 68-ə çatıb.

AZƏRTAC TOLO News telekanalına istinadla xəbər verir ki, əyalət qubernatorunun nümayəndəsi ölənlərin sayının arta biləcəyini deyib. Onun sözlərinə görə, partlayış zamanı xəsarət alanların əksəriyyəti ağır vəziyyətdədir.

Qubernatorun ofisindən bildiriblər ki, partlayıcı qurğunu dəfndə iştirak edən insanların arasında olan terrorçu-kamikadze işə salıb. Ölənlər arasında əyalət şurasının üzvü Abdulla Məlikzay da var. Həmçinin bir nəfər parlament üzvü yaralanıb.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib. “Taliban” hərəkatı partlayışla əlaqəsini inkar edir.


Create Account



Log In Your Account