Dec 29 2019 12:25
Elshad Aliyev
Views: 111

Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətində “Taliban” hərəkatının hücumu nəticəsində azı 17 könüllü döyüşçü həlak olub.

AZƏRTAC 1TV telekanalına istinadla xəbər verir ki, taliblər könüllülərin hərbi bazasına hücum ediblər. Baş verən döyüş nəticəsində, həmçinin dörd könüllü yaralanıb.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkəboyu silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.


Create Account



Log In Your Account