Apr 05 2017 18:33
Ulviyye Sabirqizi
Views: 1122

“Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağla bağlı hazırkı status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur”.

CBC-nin məlumatına görə, bu barədə Fransanın ATƏT yanındakı daimi nümayəndəliyinin ötən il aprelin 2-dən 5-nə kimi münaqişə zonasında baş verən hərbi əməliyyatların dayandırılmasının 1 illiyi ilə bağlı bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa digər həmsədr ölkələr olan Rusiya və ABŞ-la birlikdə atəşkəsin yenidən bərpası və Azərbaycanla Ermənistan arasında danışıqların bərpası üçün çalışıb:

“Fransa tərəfləri ötən il mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda yüksək səviyyədə götürülmüş öhdəlikləri, xüsusilə atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin gücləndirilməsi və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırır. Fransa prezidentinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə Parisdə keçirdiyi son görüşlərində də dediyi kimi, Fransa bütün regionun rifahı və stabilliyi naminə münaqişənin danışıqlar yolu ilə davamlı həllinə sadiqdir”. 


Create Account



Log In Your Account