Feb 09 2017 16:27
Ulviyye Sabirqizi
Views: 1731

“Azərbaycanda “ASAN xidmət” modeli uğurla fəaliyyət göstərir. Biz də Fransada belə bir elektron hökumət xidməti yaratmağa çalışırıq”.

CBC xəbər verir ki, Fransa Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, Ekologist Partiyasının sədri Jean-Vinsent Plase belə deyib.

Dövlət katibi “ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş səyyar avtobusu ilə də tanış olub. Bildirib ki, “ASAN xidmət”in səyyar avtobus modelinin Fransanın üç regionunda tətbiq edilməsi planlaşdırılır:

“Biz “ASAN xidmət”də olan zaman İnam Kərimovla ikitərəfli əməkdaşlıq barədə müzakirələr apardıq. Bizim “ASAN xidmət”lə bağlı müəyyən layihələrimiz var. Məqsədimiz bir-birimizlə təcrübə mübadiləsi aparmaqdır.

Fransa da elektron hökumətlə bağlı müəyyən təcrübəyə malikdir və dünyada ilk sıralarda gedir. Biz ASAN-ın təcrübəsindən yararlanmaq istəyirik. Xüsusən də, ASAN avtobuslar marağımıza səbəb olub. Hələ danışıqlar gedir. Biz Fransanın bir sıra departamentlərində bunu həyata keçirmək istərdik. Bu, həm vətəndaşlar üçün, həm də Fransa şirkətləri üçün səmərəli olacaq”.

 


Create Account



Log In Your Account