Mar 06 2020 15:08
Elshad Aliyev
Views: 174

Fransada COVID-19 koronavirusa yoluxanların sayı bir gündə 138 nəfər artaraq 423-ə çatıb.

AZƏRTAC xəbər verir ki, ölkədə ilk yoluxma aşkarlanandan 7 ölüm halı qeydə alınıb.

Fransa parlamentinin aşağı palatasında 2 yoluxma - deputatı Jan-Lük Reytzer və içki satıcısında COVID-19 koronavirus aşkarlanıb. J.-L. Reytzerin vəziyyətinin ciddi olduğu və reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib. Bununla bağlı Milli Assambleyanın sədri kommünike yayıb.

Qeyd edək ki, J.-L. Reytzer 32 ildir deputatdır və Milli Assambleyanın beynəlxalq əlaqələr komissiyasının üzvü, eləcə də Azərbaycan, Küveyt kimi ölkələrlə parlamentlərarası dostluq qruplarının üzvüdür.

Fransa Səhiyyə Nazirliyi departamentinin baş direktoru ölkədə epidemiyanın artdığını və bir neçə günə 3-cü mərhələyə keçəcəyini elan edib.


Create Account



Log In Your Account