Mar 13 2020 09:50
Elshad Aliyev
Views: 45

Fransa Futbol Federasiyası Liqa1 və Liqa2-dən başqa ölkədəki bütün futbol yarışlarını təxirə salıb.

Apasport.az saytının məlumatına görə, bunda məqsəd koronavirus pandemiyasının yayılma təhlükəsinin qarşısını almaqdır.

Federasiya prezidenti Noel Le Qrey açıqlamasında bunu təsdiqləyib: “Fransa liqalarının və bölgələrdəki bütün yarışların dayandırıldığını elan edirəm. Bütün yaş kateqoriyasındakı kişilər və qadınlar arasında, həmçinin həvəskar arasında çempionat, təlim-məşq toplanışları, futbol məktəblərinin məşqi martın 13-dən etibarən qeyri-müəyyən müddətə dayandırılır”. 

Liqa1 və Liqa2 federasiyaya tabe olmadığından, qərar bu çempionatlara şamil edilməyib. Ancaq bu yarışlarda da mübarizənin təxirə salınması gözlənilir.

 


Create Account



Log In Your Account