May 04 2020 15:30
Elshad Aliyev
Views: 49

Fransada ilk COVID-19 xəstəsi 2019-cu il dekabrın 27-də qeydə alınıb. AZƏRTAC xəbər verir ki, Fransada ilk yeni koronavirus daşıyıcısının hələ 2019-cu ilin dekabrında qeydə alındığı bəlli olub. Avicennes və Jean-Verdier xəstəxanalarının reanimasiya şöbəsinin müdiri professor İv Kohen aşkarlayıb ki, ölkədə ilk koronavirus xəstəsi yanvar ayında deyil, dekabr ayında qeydə alınıb.

Xəstəxanada 2019-cu il dekabr və 2020-ci il yanvar aylarında pnevmoniyadan qeydə alınmış 50 xəstə üzərində testlər aparılıb. 14 xəstədə COVID-19 virusuna pozitivlik aşkarlanıb. Xəstələrdən biri 2 uşağı ilə bərabər eyni infeksiyaya yoluxduğunu bildirib. Məlum olub ki, supermarketdə işləyən və yeni koronavirusa yoluxmuş, ancaq asimptomatik olan ana virusu ərinə və iki uşağına keçirib.

Beləliklə, Fransada ilk COVID-19 infeksiyasına yoluxma halının 2019-cu il dekabrın 27-də qeydə alındığı dəqiqləşdirilib. Hal-hazırda aidiyyəti instansiya epidemioloji araşdırmaya başlamalıdır.

Xatırladaq ki, bu günə qədər Fransada ilk COVID-19 xəstəsinin yanvarın 24-də aşkarlandığı bildirilirdi.

 


Create Account



Log In Your Account