Dec 26 2019 10:33
Elshad Aliyev
Views: 105

Dekabrın 25-də Fransanın Uaz departamentinin Karlepon şəhərində 19 nəfər dəm qazından zəhərlənib.

AZƏRTAC xəbər verir ki, hadisə Klerponun Sent-Elua kilsəsində Milad ibadəti zamanı baş verib.

Hadisədən sonra kilsədə olan 200-ə yaxın insan təxliyə edilib. Onlardan 19 nəfərin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.


Create Account



Log In Your Account