Apr 22 2021 15:03
Elshad Aliyev
Views: 96

Aprelin 22-də fransalı hüquqşünaslar Yasin Yakuti və Eliz Arfi işğaldan azad olunmuş Ağdam rayonunda Cümə məscidini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, səfər iştirakçılarına məscidin tarixi və erməni barbarlığı barədə məlumat verilib.

Qeyd edilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib.

Bildirilib ki, Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.


Create Account



Log In Your Account