Feb 13 2017 15:59
Ulviyye Sabirqizi
Views: 1556

Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsini ziyarət edib.

Bakı Ağ Şəhərin mətbuat xidmətindən CBC-yə bildirilib ki, qonaqlar ilk növbədə Ağ Şəhər ərazisində ötən il açılmış Bakı Fransız liseyinə baş çəkiblər. Daha sonra yeni Bakı Ağ Şəhər Ofis Binasına gələn qonaqlar layihə ilə yaxından tanış olublar.

Onlara layihə üzrə görülən və görüləcək işlər barədə məlumat verilib, Bakı Ağ Şəhərin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri beynəlxalq layihələrdən biri olduğu fransalı qonaqların diqqətinə çatdırılıb.

Bildirilib ki, Bakının ekoloji cəhətdən yararsız, 100 ildən çox müddətdə neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılır. Ağ Şəhərdə yenicə istifadəyə verilmiş Paris Evləri qonaqların xüsusilə diqqətini çəkib.

Jean-Vincent Plase Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə edib və bu cür görüşlərin əlaqələrimizin inkişafı baxımından faydalı olduğunu vurğulayıb.

 

 


Create Account



Log In Your Account