Jan 27 2017 10:27
Ulviyye Sabirqizi
Views: 1573

Fransanın xarici işlər naziri Jan-Mark Eyro gələn həftə nümayəndə heyəti ilə Tehrana səfər edəcək.

CBC-nin IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Parisdəki səfiri Əli Əhani bəyan edib.

Onun sözlərinə görə, Eyronun səfəri Fransa və İran birləşdirilmiş iqtisadi komissiyasının ilk iclası ilə üst-üstə düşür.

Ahəni qeyd edib ki, birləşdirilmiş iqtisadi komissiyasının sədrləri Eyro və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif olacaq.

 


Create Account



Log In Your Account