Oct 11 2017 11:48
Naile Hesenova
Views: 811

Rusiyada 2018-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanan komandaların sayı 23-ə çatıb.

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası zonasında V raundun sonuncu turunda Kosta Rika yığmasını 2:1 hesabı ilə məğlub edən Panama millisinin də mundialda iştirak edəcəyi dəqiqləşib.
İlk dəfə mundiala qatılacaq panamalılarla eyni xala malik Honduras isə “pley-off”da Asiya zonasında çıxış edən Avstraliya ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl ev sahibi ilə yanaşı, Avropadan Fransa, Portuqaliya, Belçika, Almaniya, Serbiya, Polşa, İngiltərə İspaniya və İslandiya da Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə yüksəlib. İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya isə "play-off"da qalan 4 vəsiqə üçün mübarizə aparacaqlar.
Həmçinin, Cənubi Amerikadan Braziliya, Uruqvay, Argentina, Kolumbiya, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən Meksika ilə Kosta-Rika mundiala vəsiqəni təmin edib. Asiyadan İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanının, Afrikadan isə Nigeriya ilə Misirin dünya çempionatında iştirakı dəqiqləşib.
Qeyd edək ki, Peru millisi “pley-off”da Okeaniya zonasını təmsil edən Yeni Zelandiya ilə qarşılaşacaq. Digər 3 vəsiqəyə isə Afrika zonasında qrup qalibi olacaq kollektivlər sahib çıxacaqlar.

 


Create Account



Log In Your Account