Nov 04 2017 10:53
Naile Hesenova
Views: 497

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında –“Qəbələ” öz meydanında “Səbail” klubunu qəbul edəcək. Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.

Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, turnir cədvəlinə 22 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 21 xalla ikinci pillədədir. İlk üçlükdə isə 19 xalla “Qəbələ” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (13), “Sumqayıt” (13), “Səbail” (9), “Keşlə” (8), “Kəpəz” (7) yer alıblar.

 


Create Account



Log In Your Account