Mar 19 2021 10:09
Elshad Aliyev
Views: 145

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində icra olunub. 

APA xəbər verir ki, müəssisədən sərəncam şamil edilən 14 nəfərdən 13-ü azadlığa buraxılıb, 1 nəfərin isə cəzası azaldılıb.

Azadlığa buraxılanlardan 1 nəfər Rusiya vətəndaşıdır.

Sərəncamın icrası Ombudsman Aparatının nümayəndələri, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.


Create Account



Log In Your Account