Apr 15 2020 14:30
Elshad Aliyev
Views: 79

Aprelin 19-da Səudiyyə Ərəbistanının Səhiyyə naziri Tevfik əl-Rabiyənin sədrliyi ilə G20 qrupuna daxil olan ölkələrin Səhiyyə nazirlərinin videokonfrans şəklində iclası keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi SPA informasiya agentliyi məlumat yayıb.

İclasda COVID-19 pandemiyasının qlobal səhiyyə sektoruna və cəmiyyətə təsiri müzakirə ediləcək. Nazirlər G20 ölkələri liderlərinin martda keçirilmiş sammitində səhiyyə müəssisələrinin və tibb işçilərinin qarşısına qoyulmuş vəzifələr ətrafında da fikir mübadiləsi aparacaqlar. Həmin sammitdə əsas diqqət bütün dövlətlərin koronavirus pandemiyası ilə mübarizədə səylərinin birləşdirilməsi məsələsinə yönəlmişdi.

Səhiyyə nazirləri pasiyentlərin yüksək səviyyədə müalicəsinin təmin edilməsi, koronavirus testlərinin daha çox və inklüziv olması mövzularında da müzakirələr aparacaqlar. İclasda Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İslam İnkişaf Bankı, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə Qlobal Fondu, UNICEF, Beynəlxalq Telekommunikasiya İttifaqı və Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansın nümayəndələri də iştirak edəcəklər.


Create Account



Log In Your Account