Apr 17 2020 11:30
Elshad Aliyev
Views: 73

G7 ölkələrinin liderləri arasında keçirilən növbəti videokonfrans zamanı koronavirus pandemiyasından sonra təhlükəsiz iqtisadi əməkdaşlığın bərpası məsələləri müzakirə edilib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, liderlər arasında sayca ikinci videokonfrans aprelin 16-da keçirilib. Bildirilir ki, əvvəlcə Yaponiyanın Baş Naziri Şinzo Abe digər ölkələrin liderlərini koronavirusa qarşı mübarizə tədbirləri, bununla əlaqədar qəbul edilən yardım paketi və fövqəladə vəziyyətin tətbiqi barədə məlumatlandırıb. Virusun simptomlarına qarşı tətbiq edilən “Avigan” dərmanı barədə danışıb. Qeyd edib ki, Yaponiya hökuməti həmin dərmanın kliniki sınaqlarını genişləndirmək və onu digər ölkələrə təklif etmək niyyətindədir.

Baş Nazir, həmçinin koronavirusdan müalicə məqsədilə bu dərmanın qlobal nou-hausunun hazırlanmasına və geniş tətbiqinə ehtiyac olduğunu da qeyd edib.

Eyni zamanda, Ş.Abe Afrika və Cənub-Şərqi Asiyanın zəif səhiyyə sisteminə malik ölkələrinə yardım göstərilməsinin zəruriliyini vurğulayıb. Bununla yanaşı, yoluxucu xəstəliklərlə əlaqədar qlobal sistemin gücləndirilməsini və böhrana davamlı iqtisadiyyatın yaradılmasının vacibliyini bildirib.

O, liderlərin bu təkliflərlə razılaşdıqlarını deyib.

Əlavə olaraq qeyd edilir ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson xəstə olduğuna görə, videokonfras zamanı bu ölkəni Xarici İşlər naziri Dominik Raab təmsil edib.


Create Account



Log In Your Account