Jan 23 2017 10:20
Ferah Sabirqizi
Views: 923

Samsung şirkəti Galaxy Note 7 model smartfonlarının alışıb yanması səbəbini müəyyənlənşdirib. Verilən məlumata görə, buna səbəb telefonun layihələndirilməsi və istehsalat zamanı yaranan fəsadlar olub. Əsas problem telefonun akkumulyatoru ilə əlaqədar imiş.

CBC portalı Associated Press agentliyinə istinadən  xəbər verir ki, problemi müəyyənləşdirmək məqsədilə şirkətin 700 işçisi 200 min cihaz və 30 mindən artıq akkumulyatoru test edib.

Ötən il oktyabrın əvvəlində Samsung Electronics şirkəti Galaxy Note 7 smartfonlarının istehsalının müvəqqəti dayandırıldığını elan etmişdi. Səbəb telefonların akkumulyatorunun alışıb yanması idi.

ABŞ-da satılan telefonların 93 faizi geri qaytarılıb. Amma hələ də 133 min cihaz əllərdədir.

Galaxy Note 7 modelinin satışına avqustun 19-da başlanılıb. Sentyabrın əvvəlində isə artıq 2,5 milyon smartfon geriyə çağırılmalı olub.

 

 

 


Create Account



Log In Your Account