Apr 14 2018 15:21
Ferah Sabirqizi
Views: 23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında aprelin 15-də arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, havanın günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi  gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında  mülayimləşəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13,  Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.  Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 15-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir. 


Create Account



Log In Your Account