Nov 26 2019 10:16
Elshad Aliyev
Views: 347

Albaniyada güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanların gücü 6.4 bal olub.

Məlumata görə, paytaxt Tirana yaxınlığında qeydə alınan zəlzələ nəticəsində yüzlərlə nəfər xəsarət alıb. Ölənlərin olması barədə hələ xəbər yoxdur.

Güclü təkan nəticəsində eləcə də çoxlu sayda yaşayış evlərinin dağıldığı qeyd edilir.

Zəlzələ paytaxtdan savayı, Durres şəhərində də hiss olunub və dağıntılara səbəb olub.


Create Account



Log In Your Account