Jan 16 2017 13:15
Ulviyye Sabirqizi
Views: 1611

Bakıda və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əksər rayonlarda yağıntıda fasilə yaranacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 8-13,  gündüz 0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

Xəbərdarlıq

Yanvar ayının sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

 


Create Account



Log In Your Account