Mar 20 2020 09:49
Elshad Aliyev
Views: 269

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb və sərhəd-döyüş məntəqələrində xidmət edən sərhədçilərlə görüşüb.

DSX-nin Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik sözləri şəxsi heyətə çatdırılıb, təmas xəttində döyüş mövqelərində xidmətdə olan hərbi qulluqçular bu bayram münasibətilə şəxsən təbrik edilib, hər bir sərhədçiyə bayram sovqatları təqdim olunub.

Səfər çərçivəsində xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması üzrə verilmiş tapşırıqların icra vəziyyəti yoxlanılıb, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərə, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.


Create Account



Log In Your Account