Oct 19 2017 14:36
Ferah Sabirqizi
Views: 512

Oktyabrın 18-də - premyeradan bir gün öncə Park Cinema kinoteatrının Azercell IMAX zalında “Geostorm” filminin eksklüziv nümayişi baş tutub. Tədbirdə tanınmış jurnalistlər, bloggerlər, rejissorlar və özəl şirkət nümayəndələri iştirak ediblər. 

Filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara ifa etmişlər. Filmin çəkilişlərinin son mərhələlərində prodüsser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilmişdir.  Bəzi səhnələr isə hətta Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınıb. 

Maraqlı faktlardan biri isə odur ki, layihə ilə öncədən Paramount Pictures məşğul olmuşdur, daha sonra isə bu iş Warner Bros həvalə olunmuşdur. 

Planetimizin düçar olduğu bir sıra təbii fəlakətlrədən sonra dünyanın aparıcı liderləri təbii fəlakətlərin qarşısını almaq üçün iqlimə nəzarət edəcək orbital peykin çoxşaxəli şəbəkəsini yaratmaq məqsədi ilə güclərini birləşdirir. Lakin nəyisə sıradan çıxır – Yerin müdafiəsi üçün qurulmuş sistem artıq onun üçün təhlükə doğurur. Geostorm Yer üzündən bütün canlıları silənə kimi real təhlükəni aşkar etmək üçün əsl mübarizə başlayır. 

Qeyd edək ki, film Park Cinema kinoteatrlar şəbəkəsinin geniş ekranlarında 20 oktyabr tarixindən etibarən nümayiş olunacaq. Biletlər parkcinema.az saytında və kinoteatrın kassalarında artıq satışdadır. 

 


Create Account



Log In Your Account