Dec 30 2019 10:35
Elshad Aliyev
Views: 108

Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr edilmiş tədbir olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə liseyin rəisi, general-mayor Məhəmməd Həsənov hər iki bayram münasibətilə kursantları təbrik edib. O bildirib ki, 31 dekabr Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxtdan bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il milli birlik və həmrəylik günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu günün başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi Məhəmməd Həsənov vurğulayıb ki, belə tədbirlərin keçirilməsi kursantlara vətənpərvərlik, dövlətçilik ənənələrini aşılamaqla yanaşı, onlarda Vətənimizə, xalqımıza qarşı sevgi hissini gücləndirir.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib, kursantlar tərəfindən mahnılar ifa olunub, şeirlər bədii qiraət edilib. Şaxta baba və Qar qızın çıxışları kursantlarda şən ovqat yaradıb.


Create Account



Log In Your Account