Jun 24 2021 12:00
Elshad Aliyev
Views: 87

Tokio Olimpiadasının startına 1 aydan az vaxt qalıb. Varşavada keçirilən “Poland Open” turnirində çıxış edən güləşçilərimiz daha sonra ölkəmizə qayıdaraq növbəti təlim-məşq toplanışına start veriblər.

AZƏRTAC xəbər verir ki, hər 3 güləş növü üzrə yığmalarımız hazırda Göygöl Olimpiya İdman Kompleksində Tokio Olimpiadasına hazırlaşırlar. Dağlıq şəraitdə keçirilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, hazırlıq prosesi iyulun əvvəlinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və Bakıda keçiriləcək.


Create Account



Log In Your Account