Jun 10 2021 15:55
Elshad Aliyev
Views: 101

Güləşçimiz Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirinin finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz M.Stadnik startda Rumıniya idmançısı Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib. Dörddəbir finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Yarımfinalda təmsilçimiz rusiyalı Mariya Tiumerekova ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik finala adlayıb. Onun rəqibi Ukrayna idmançısı Oksana Livaç olacaq.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.


Create Account



Log In Your Account