Dec 18 2019 12:44
Elshad Aliyev
Views: 138

2020-ci ildə Bakıda daha 2 yeni “ASAN xidmət” mərkəzinin açılması planlaşdırılır. Həmin mərkəzlərdən birində “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

“Hazırda "ASAN xidmət"in nəzdindəki “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin 2 təlim tədris mərkəzi fəaliyyət göstərir. Gələn il Bakıda açılacaq “ASAN xidmət” mərkəzlərinn birində “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndəliyi olacaq. Burada da təlim-tədris mərkəzi yaradılacaq. Gənclər üçün müxtəlif təlimlər və treninqlərin keçirilməsi planlaşdırılır, onların gələcəkdə bu sahədə inkişafı təmin olunacaq”, - deyə C.Salmanov əlavə edib.

C.Salmanov, həmçinin Data analitikasının əhəmiyyəti, bu sahədə dövlət agentliyinin gördüyü işlər, gələcək planlar barədə məlumat verib. Vurğulayıb ki, “ASAN xidmət” yarandığı gündən Data əsaslı qərar qəbuletmənin əhəmiyyətinə xüsusi önəm verib və belə bir mədəniyyətin formalaşmasına xüsusi diqqət ayrılıb.


Create Account



Log In Your Account