Dec 11 2019 16:29
Elshad Aliyev
Views: 126

ABŞ-ın 2020-ci il üzrə gündəlik xam neft hasilatına dair proqnoz açıqlanıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, Birləşmiş Ştatların neft hasilatının gələn il sutkada 13,2 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz isə 13,3 milyon barrel idi.

ABŞ-ın neft istehsalının bu il gündəlik orta hesabla 12,2 milyon barrel olacağı proqnozlaşdırılır.

2018-ci ilin noyabrında ABŞ Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.


Create Account



Log In Your Account