Dec 26 2019 12:43
Elshad Aliyev
Views: 97

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ölkənin 2020-ci il üçün qaz tədarükü balansını təsdiqləyib.

APA-nın yerli bürosu xəbər verir ki, sənədə əsasən gələn il bu ölkənin təbii qaz idxalının 92,7%-i Azərbaycanın, 6,6%-i isə Rusiyanın payına düşəcək. 2020-ci ildə ölkənin ümumi qaz tədarükünün 2,57 mlrd. kubmetr olacağı planlaşdırılıb. Bunun 2,39 mlrd. kubmetrinin və ya 92,7%-i Azərbaycan tərəfindən təmin ediləcək. Sənəddə qeyd edilib ki, Azərbaycandan idxal edilən təbii qazın 1,51 mlrd. kubmetri SOCAR-ın, 873,8 mln. kubmetri isə “Şahdəniz”in payına düşəcək.

2020-ci ildə Rusiyadan idxal ediləcək təbii qazın həcminin isə 169,9 mln. kubmetr olacağı proqnozlaşdırılıb.

Sənəddə həmçinin qeyd edilib ki, 2020-ci ildə Gürcüstan əhalisinin təbii qaz ehtiyacının 1,6 mlrd. kubmetr, istilik elektrik stansiyalarının istifadə etdiyi təbii qaz həcminin isə 600 mln. kubmetr olacağı proqnozlaşdırılıb. Kommersiya sektorunun tələbatının isə 911 mln. kubmetr olacağı bildirilib. Qaz itkisi isə 35 mln. kubmetr olaraq proqnozlaşdırılıb.


Create Account



Log In Your Account