Nov 13 2019 11:14
Elshad Aliyev
Views: 41

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək startap şəhadətnamələrinin verilməsinə başlanacaq.

Bunu "APA-Economics"ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda müvafiq meyarlar üzərində müzakirələr aparılır ki, bu işə bir neçə qurum cəlb olunub.

"Bu sənəd Vergilər Nazirliyində baxılırdı, ondan sonra isə təsdiq üçün getməli idi Nazirlər Kabinetinə. Son struktur dəyişiklikləri ilə bağlı bu ilin sonunadək bir qədər ləngimə ola bilər. Hesab edirik, sənəd gələn ildən qüvvəyə minəcək, çünki bu, sahibkarlar üçün olduqca vacib bir sənəddir. Bildiyiniz kimi, KOBİA startap şəhadətnamələri verəcək. Ona görə sırf hüquqi məsələlərin həlli qalıb. Hesab edirik ki, gələn ilin əvvəlindən şəhadətnamələrin verilməsinə başlanacaq", - deyə O. Məmmədov qeyd edib.


Create Account



Log In Your Account