Nov 01 2019 15:06
Elshad Aliyev
Views: 44

Gömrükçülər narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı özünü şübhəli apardığına görə saxlanılıb və şifahi sorğu-sual olunub. O, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı isə onun üzərindəki cins şalvarının bel hissəsindən 1 bükümdə, ümumi çəkisi 2 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Create Account



Log In Your Account