Apr 21 2021 17:03
Elshad Aliyev
Views: 125

Gün ərzində Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9459, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 5221 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 366 min 890-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 908 min 672, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 458 min 218 nəfərdir.


Create Account



Log In Your Account