Feb 02 2019 10:00
Naile Hesenova
Views: 171

Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsidir. Yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işləri ildən-ilə genişlənir.

Gəncə-Gürcüstan dövlət sərhədi avtomobil yolunun layihəsi çərçivəsində 16 körpünün, 20 yol qovşağının və 10 yol ötürücüsünün tikintisi planlaşdırılır. Eni 27,5 metr olacaq yolun örtüyünün polimer asfalt-betondan olması nəzərdə tutulub. Hər bir zolağın eni 3,75 metr olmaqla ümumilikdə sayı 4, yol geyiminin qalınlığı isə təqribən 65 santimetr olacaq. Yol boyu hər iki istiqamət üzrə 3,75 metr enində çiyinlər və 5 metr enində ayırıcı zolağın olması nəzərdə tutulub. Layihə üzrə yol boyu 80 avtobus dayanacağı, nəqliyyat vasitələri üçün 23, piyadalar üçün isə 32 yeraltı keçidin tikintisi nəzərdə tutulur.

Cənab Prezident İlham Əliyevin belə əvəzsiz tədbirləri görməkdə əsas məqsədi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və daha da yaxşılaşdırmaqdır.

 


Create Account



Log In Your Account